AZ

Zaxarova 12 il öncəki sənədi kəskin tənqid etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Jurnalistlərə qarşı hücumların cəzasız qalması və Qərb rəsmilərinin bu cür hərəkətləri ört-basdır etməsi Kiyevi yeni cinayətlər törətməyə sövq edir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, 2 noyabr Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə Qarşı Cəzasızlığa Son Qoyma Günüdür.

“Bu ilin əvvəlindən bəri Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nəticəsində ən azı altı Rusiya media işçisi öldürülüb. Sözügedən tarix 10 ildən çox əvvəl təsis edilib və bu müddət ərzində jurnalistlərin müdafiəsi ilə bağlı vəziyyət davamlı şəkildə pisləşib”, – Zaxarova bildirib.

Qeyd edək ki, Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə Qarşı Cəzasızlığa Son Qoyma Günü 2013-cü ildə yaranıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
globalinfo.az

1Mənbələr