AZ

Nikolas Maduro xalqı birliyə çağırır

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ ilə gərginlik davam edərkən Venesuela prezidenti Nikolas Maduro ictimaiyyəti birləşməyə çağırıb.Turkustan.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ictimaiyyəti ABŞ-ın Karib dənizi regionunda hərbi təhdidlərinə qarşı birləşməyə çağırıb.Ölkəsindəki xüsusi televiziya proqramında cari hadisələri şərh edən Maduro ad çəkmədən ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyətini tənqid edib.Venesuelalılara müraciət edən Maduro deyib:"Məni eşidən bütün venesuelalılara müraciət edirəm. Gələcəyi qurmaq bütün venesuelalıların borcudur. Psixoloji müharibəni geridə qoyaq, psixoloji müharibəni məğlub etməyin ən yaxşı yolu istehsal etmək və qurmaqdır. Media Venesuelanı məhv etmək istəyir. Məhz Qərb və "qrinqo" (ABŞ) mediasıdır, Venesuelaya nifrət edir və onu məhv etmək istəyir."

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
117
1
icma.az

2Mənbələr