AZ

Qayda pozan piyadaya irad bildirən təlimçiyə işverən deyib qaçdılar VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Əhməd Rəcəbli küçəsində yaxınlıqda piyada keçidi olmasına baxmayaraq qayda pozan piyada keçiddən istifadə etmədən yolu keçib.

Avtosfer.az xəbər verir ki, təlimçi Arzu Babazadə bu halı görərək piyadaya yaxınlıqda keçid olduğunu bildirib və bu barədə çəkiliş apardığını deyib. Lakin piyada ona əsəbləşərək “işverən” ifadəsini işlədib və hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti elə piyada keçidlərinin yaxınlığında baş verir. Çox zaman bu cür hadisələrin səbəbi məhz qaydalara məhəl qoymayan və məsuliyyətsiz davranan piyadalardır. Onlar tələskənlik, diqqətsizlik və “mən keçim, onsuz da saxlayacaq” düşüncəsi ilə hərəkət edərək həm öz həyatlarını, həm də sürücülərin təhlükəsizliyini risk altına salırlar.

Bu cür davranışlar, təkcə qanun pozuntusu deyil, həm də ictimai məsuliyyətin və yol mədəniyyətinin ciddi şəkildə pozulmasıdır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
avtosfer.az

1Mənbələr