AZ

Gürcüstanda Saakaşvili də daxil olmaqla 8 siyasətçiyə qarşı cinayət işi açılıb

Bakı. Trend:

Gürcüstan Prokurorluğu səkkiz müxalifyönümlü siyasətçi, ocümlədən keçmiş prezident Mixail Saakaşvili barəsində cinayət işiaçıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Onlardan bəzilərinə “diversiya” ittihamı irəli sürülüb,digərləri “düşmən dövlətin maraqlarına xidmət edən fəaliyyətəyardım”da, bəziləri isə “hakimiyyətin devrilməsinə çağırış”daittiham olunurlar.

Cinayət işləri aşağıdakı şəxslər barəsində açılıb:

– sabiq prezident Mixail Saakaşvili – dövlət hakimiyyətinindevrilməsinə çağırışa görə;

– Zura Caparidze və Georgi Vaşadze – diversiya (318-ci maddə) vəxarici dövlətə qarşı düşmənçilik fəaliyyəti ilə bağlı yardım etmə(319-cu maddə) maddələri üzrə;

– Elena Xoştariya – diversiya (318-ci maddə), xarici dövlətəqarşı düşmənçilik fəaliyyətinə yardım və təhrik etmə (319-cumaddə), eləcə də konstitusiya quruluşuna qarşı yönəlmiş fəaliyyətinmaliyyələşdirilməsi və ya dəstəklənməsi (321-ci maddə) ittihamlarıüzrə;

– Nika Gvaramiya, Nika Melia, Mamuka Xazaradze və BadriCaparidze – diversiya (318-ci maddə) maddəsi üzrə.

Məqalədə:
Seçilən
94
az.trend.az

1Mənbələr