AZ

Saakaşviliyə qarşı cinayət işi açıldı: Nədə ittiham olunur?

Gürcüstan Prokurorluğu keçmiş prezident Mixail Saakaşvili və digər müxalifət partiyalarının liderlərinə qarşı təxribat, dövlət çevrilişinə çağırışlar və Gürcüstana düşmən fəaliyyətdə xarici təşkilatlara köməklik ittihamları ilə cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Qeorqi Qvarakidze məlumat verib.

Məlumatda bildirilir ki, sabiq dövlət başçısı hökumətin devrilməsinə çağırışda ittiham olunacaq.

Nəzarət orqanı Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə “əldə edilmiş sübutlar əsasında” araşdırma nəticəsində ittiham irəli sürəcək.

Digər müxalifət nümayəndələri - Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Melia və başqalarına qarşı da cinayət təqibi başlayıb.

Seçilən
37
publika.az

1Mənbələr