AZ

Saakaşvili Tbilisidə azərbaycanlıların döyülməsinə belə reaksiya verdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Tbilisidə supermarketdə azərbaycanlıların döyülməsi hadisəsinə münasibət bildirib.

Globalinfo.az-ın verdiyi xəbərə görə, o bu barədə yayımladığı videomüraciətdə danışıb.

“Bu gün ‘Gürcü Arzusu’ partiyasının tərəfdarları Vake rayonundan olan Manço adlı qadını saxlayıb. O, 2013-cü ildə mənim pizzacıma girərək əşyalar atmışdı. Bu dəfə isə dəstəsi ilə birlikdə etnik azərbaycanlı vətəndaşlarımıza hücum edib”, – Saakaşvili yazıb.

Sabiq Prezidentin sözlərinə görə, hadisəni törədən qadın saxlanılsa da, ehtimal ki, məsuliyyətə cəlb olunmayacaq.

“O, İvanişvilinin qalan son tərəfdarlarından biridir. Bidzina, vaxtında müdaxilə et və sadiq tərəfdarını azad et! Əks halda, indiyədək arxalandığın qocalar və qadınlar sənə qarşı çıxacaqlar”, – Saakaşvili xəbərdarlıq edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
123
globalinfo.az

1Mənbələr