AZ

Yeni C5+1 mərhələsi. Azərbaycan Amerika strategiyasının dayaq nöqtəsinə çevrilir

Bakı. Trend:

Noyabrın 6-da Vaşinqtonda ABŞ ilə Mərkəzi Asiya ölkələriarasında dialoq platforması olan C5+1 formatında növbəti sammitkeçirilib. Artıq on ilini tamamlayan bu format, nəhayət, həqiqətəndə canlanıb. Əgər əvvəllər görüşlər daha çox formal xarakterdaşıyırdısa, indi görüşlər real siyasi və iqtisadi məzmunqazanmaqdadır.

Region ölkələrinin liderləri ilə keçirilən görüşdə ABŞPrezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, Vaşinqtonbundan sonra əvvəlki administrasiyanın etdiyi kimi Mərkəzi Asiyanıdiqqətdən kənarda qoymayacaq. “C5 kimi tanınan Mərkəzi Asiyaölkələri dünyanın tarixi və coğrafi qovşağında yerləşir. Birvaxtlar onlar Şərq ilə Qərbi birləşdirən qədim İpək yolunun yurduolub. Bu gün isə Avrasiyanın tam mərkəzində yerləşmələri onlaraxüsusi əhəmiyyət və potensial qazandırır”, - deyə ABŞ lideribildirib.

Mahiyyət etibarı ilə, ABŞ regiona təkcə siyasi deyil, həm dəiqtisadi xarakter daşıyan yeni gündəmlə qayıdır.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Trend-ə açıqlamasına görə,hazırkı administrasiya investisiyaları və Amerika şirkətlərininregiondakı iştirakını xarici siyasət aləti kimi qiymətləndirir.

“Bu, Prezident Trampın xarici siyasət fəlsəfəsidir və mənimtəcrübəmə əsasən, unikal yanaşmadır. Düşünürəm ki, o, C5+1formatını məhz strateji tərəfdaşlıq aləti kimi – ABŞ-ninmövqelərini və region ölkələrinin dayanıqlığını gücləndirmək üçünistifadə etməyi planlaşdırır”, – deyə diplomat vurğulayıb.

Zirvə toplantısının əsas mövzusu resurslar olub. Görüşərəfəsində Tramp administrasiyası iqtisadiyyat və millitəhlükəsizlik üçün zəruri olan 60 strateji faydalı qazıntınınsiyahısını dərc edib. Onların 15-i nadir torpaq elementləridir ki,bu elementlər olmadan elektronika, müdafiə texnologiyaları və“yaşıl energetika" istehsalı mümkün deyil.

Mərkəzi Asiya bu resursların hasil edilə biləcəyiistiqamətlərdən biridir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan vəTacikistan zəngin mineral bazasına malikdir, lakin hələlik emalsənayesini inkişaf etdirməyiblər. İnvestisiyalar olmadan regionyalnız filiz ixrac edən, amma hazır məhsul istehsal etməyən mənbəolaraq qala bilər. Sammitdə Qazaxıstan və ABŞ arasında stratejiəhəmiyyətli minerallar sahəsində əməkdaşlığa dair memorandumimzalanıb. Həmin gün “Tau-Ken Samruk” şirkəti və ABŞ-nin “CoveCapital” şirkəti Karaqanda vilayətindəki ən iri volframyataqlarının birgə işlənməsi barədə razılığa gəldikləriniaçıqlayıblar – investisiyaların həcmi bir milyard dollardan çoxolacaq.

Bundan əlavə, Donald Tramp Özbəkistanla böyük bir müqaviləbarədə də məlumat verib:

“Növbəti üç il ərzində Özbəkistan təxminən 35 milyard dollarlıqalış və investisiya həyata keçirəcək, növbəti on il ərzində isəmineralların hasilatından tutmuş İT və energetika sahələrinə qədərəsas Amerika sektorlarına 100 milyard dollardan çox sərmayəyatıracaq”, - deyə o, öz paylaşımında bildirib.

Beləliklə, ABŞ-nin regiondakı əsas diqqət istiqamətləriaydındır: strateji resurslar, investisiyalar və infrastruktur.Bütün bunlar Mərkəzi Asiyanı Amerikanın iqtisadi diplomatiyasınınaçar istiqamətlərindən birinə çevirir.

Lakin məsələ yalnız hasilatla bitmir. Növbəti mərhələ –resursların daşınmasıdır, yəni tranzit. Bu məqamda isə ön planaAzərbaycan çıxır. Bir sıra ekspertlər çoxdan qeyd edirlər ki, C5formatına Bakının da daxil edilməsi məntiqli olardı. “CaspianPolicy Center”in sədri, ABŞ-ın keçmiş səfiri Riçard Hoqlanddeyib:

“Bəlkə də artıq C6 formatından danışmaq daha düzgün olar, çünkiAzərbaycan C5 görüşlərində iştirakını getdikcə daha dafəallaşdırır.”

Doğrudan da, ölkəmizin yeni nəqliyyat marşrutlarındakı roluolduqca mühümdür. ABŞ Prezidenti Donald Tramp TRIPP (“The TrumpRoute for International Peace and Prosperity”) layihəsi haqqındadanışarkən Azərbaycanın əsas halqa kimi əhəmiyyətinivurğulayıb.

“Bu, dünyanın ən mühüm bölgələrindən keçən yeni bir yoldur. O,Xəzərin o tayında da ticarət aktivliyini artıracaq və Mərkəzi Asiyaölkələrinin inkişafına güclü təkan verəcək”, – deyə o qeydedib.

Məqalədə:
Seçilən
130
1
az.trend.az

1Mənbələr