AZ

Brüsseldəki hava limanında yenidən pilotsuz uçuş aparatı görünüb

Paris, 7 noyabr, AZƏRTAC

Belçikanıın paytaxtı Brüssel şəhərindəki “Zaventem” beynəlxalq hava limanının fəaliyyəti yenidən qısa müddətə dayandırılıb. Buna hava limanının yaxınlığında pilotsuz uçuş aparatının (dronun) görünməsi səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin hava nəqliyyatı idarəsinin nümayəndəsi məlumat verib.

O, bildirib ki, qısa fasilədən sonra hava limanının fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, bu, son iki gündə Belçikada qeydə alınan ikinci belə haldır.

Seçilən
93
1
azertag.az

2Mənbələr