AZ

Kallasın Selmayri Brüsselə qaytarmaq planı uğursuz oldu Politico

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Avropa Komissiyasının aparat rəhbəri Kaja Kallas, Avropa Komissiyasının (AK) prezidentinin keçmiş aparat rəhbəri və AK prezidenti Ursula fon der Leyenin əsas rəqibi Martin Selmayri Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəis müavini vəzifəsinə qaytarmaqda uğursuz olub.

Bizimyol.info xəbər verir ki, "Politico" bu barədə mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Kallas Selmayrin müavini kimi Brüsselə qayıtmasını müdafiə edib. Nəşr xəbər verir ki, Selmayrin namizədliyi AK rəhbərliyi, xüsusən də fon der Leyen tərəfindən rədd edilib.

Mənbələr həmçinin qeyd ediblər ki, Selmayr yaxın gələcəkdə Vatikandakı AB səfiri vəzifəsində çalışmağa davam edəcək.

Qeyd olunur ki, Kallas Selmayrin köməyi ilə AB aparatında təsirini gücləndirməyə çalışıb.

Lakin nəşr vurğulayır ki, Selmayr Brüsselə qayıtsa, o, təkcə AK rəhbəri üçün deyil, həm də Kallasın özü üçün təhlükəli bir fiqura çevrilə bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
bizimyol.info

1Mənbələr