AZ

Almaniya 20 yeni döyüş helikopteri alır

BAKI, 9 noyabr. TELEQRAF

Almaniya ordusu üçün "Airbus" şirkətindən 20 yeni helikopter almağı planlaşdırır.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, dəyəri 3 milyard avrodan çox olan 20 yüngül döyüş helikopteri də daxil olmaqla, müdafiə avadanlıqlarının alınmasını da nəzərdə tutulub.

Nəşr bildirir ki, hökumət gələn həftə bağlı qapılar arxasında bir neçə müdafiə müqaviləsini təsdiqləməyi planlaşdırır.

"Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra kansler Fridrix Merzin hakim koalisiyası Almaniyanın silahlı qüvvələri üçün genişmiqyaslı modernləşdirmə kampaniyasına başlayıb və müdafiə qabiliyyətini artırmaq üçün yüz milyardlarla avro xərcləyib" - məlumatda qeyd olunur.

Seçilən
56
teleqraf.com

1Mənbələr