AZ

Lionel Messi karyera rekorduna imza atdı

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“İnter Mayami”nin hücumçusu Lionel Messi peşəkar karyerasında rəsmi ötürmələrinin sayını 400-ə çatdırıb.

İdman.Biz xəbər verir ki, bu göstərici hücumçuya futbol tarixində həm qol, həm də asist məhsuldarlığı ilə fərqlənən oyunçular arasında xüsusi yer qazandırır.

Qeyd edək ki, MLS-də pley-off mərhələsinin birinci turunun üçüncü oyununda "İnter Mayami" "Neşvill"ə qarşılaşıb. Oyun Mayami təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Messi bu oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Messi hazırda həm klub, həm də Argentina millisində aktiv şəkildə çıxışını davam etdirir və məhsuldarlıq göstəriciləri üzrə liderliyini qoruyur.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
icma.az

2Mənbələr