Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilənoyabrın 8-də və 9-da ümumi çəkisi 2,4 kiloqrama yaxın narkotikvasitə aşkar olunaraq götürülüb.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Noyabrın 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanınayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 3 patron darağıvə 10 tüfəng aşkar edərək götürüblər.