BAKI, 10 noyabr. TELEQRAF
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Fransa millisi ciddi itki ilə üzləşib.
Teleqraf xəbər verir ki, “xoruzlar”ın İngiltərənin “Tottenhem” klubunda çıxış edən hücumçusu Randal Kolo-Muani sıradan çıxıb.
O, Premyer Liqanın XI turunda evdə “Mançester Yunayted”lə keçirilən oyunda (2:2) rəqib müdafiəçi Harri Maquayrla toqquşma zamanı çənəsindən zədələnib.
26 yaşlı oyunçunun bir neçə həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanla Fransa yığmaları noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək. Randal Kolo-Muani daha əvvəl baş məşqçi Didye Deşam tərəfindən milliyə dəvət edilmişdi.