ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Fransa millisinin hücumçusu Randal Kolo-Muani DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyunu buraxacaq.
Futbolpress.az xəbər verir ki, buna səbəb forvardın zədəli olmasıdır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
İngiltərənin “Tottenhem” klubunda çıxış edən hücumçu noyabrın 13-də səfərdə Ukrayna, 16-da isə Bakıda Azərbaycanla oyunda olmayacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.