AZ

İkardi ilə bağlı şok iddia – Sevgilisi ayrılmasını istəyir

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin sevgilisi Çina Suarez argentinalı hücumçunun İstanbul klubundan ayrılmasını istəyir.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "America TV" yayıb.

Mənbənin xəbərinə əsasən, Suarez Türkiyədə xoşbəxt deyil və həm ailəsinə daha yaxın olmaq, həm də şəxsi həyatını İtaliyada davam etdirmək istəyir. Buna görə də o, İkardinin xüsusilə Milan mərkəzli bir kluba transferini arzulayır.

Hazırda “Qalatasaray” azarkeşləri bu iddianın reallığa çevrilməsindən narahatdırlar, çünki İkardi komandanın hücum xəttində əvəzolunmaz fiqur sayılır.

Kamil Xudiyev

Seçilən
69
1
fanat.az

2Mənbələr