AZ

Mançininin yeni iş yeri bilindi - SON DURUM

Roberto Mançini karyerasını Qətərdə davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, təcrübəli italiyalı məşqçi "Əl Sadd" klubunu çalışdırmağa razılaşıb.

İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. Mənbənin məlumatına görə, müqavilədə mütəxəssisin 2026-cı ilin yayında komandadan ayrılmasına icazə verən bənd olacaq. Bu şərt Mançininin əsas istəyi olub və tərəflər razılığa gəliblər.

İtalyanın bütün sənədləşmə işləri yekunlaşdıqdan sonra müqaviləni imzalaması gözlənilir. 59 yaşlı çalışdırıcının son vəzifəsi Səudiyyə Ərəbistanı millisi olub.

Mançini həmçinin, "Latsio", "İnter", "Mançester Siti", "Qalatasaray" və "Zenit"i çalışdırıb. O, İtaliya millisi ilə 2020-ci ildə Avropa çempionatının qalibi olub.

Seçilən
51
fanat.az

1Mənbələr