AZ

Tokayev Putinlə müttəfiqlik haqqında bəyannaməimzalayacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfəri zamanı Moskva və Astananın hərtərəfli strateji tərəfdaşlığa keçidi ilə bağlı bəyannamə imzalanacağını açıqlayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokayevin Rusiyaya dövlət səfəri noyabrın 11-12-nə planlaşdırılıb.

“Moskvaya səfərimin geniş gündəliyinin əsas bəndi Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçməsi haqqında bəyannamənin imzalanması olacaq”, - Tokayev qeyd edib.

O vurğulayıb ki, bəyannamə Moskva və Astana arasında görünməmiş etimad səviyyəsini, eləcə də bütün sahələrdə daha sıx əməkdaşlıq etməyə birgə hazır olduqlarını təsdiq edəcək.

Seçilən
27
5
redaktor.az

7Mənbələr