AZ

İran ABŞ-dən nüvə danışıqları ilə bağlı siqnallar aldığını bildirdi

BAKI, 11 noyabr. TELEQRAF

İran ABŞ-nin nüvə danışıqları mövzusunda üçüncü tərəflər vasitəsilə ziddiyyətli mesajlar göndərdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Əbu-Dabidə keçirilən 12-ci strateji müzakirələr zamanı bildirib.

Ölkə rəsmisi qeyd edib ki, İran nüvə sazişini sülh məqsədli olaraq dəstəkləsə də, milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək.

O, həmçinin vurğulayıb ki, Tehran nüvə silahı əldə etmək niyyətində deyil və ölkənin nüvə proqramı yalnız dinc məqsədlər üçün həyata keçirilir.

Seçilən
52
teleqraf.com

1Mənbələr