AZ

SON DƏQİQƏ! Rusiya Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ vurdu

Rusiya ordusu Ukrayna ərazisində F-16 tipli qırıcıların saxlandığı hərbi aerodroma zərbə endirib.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) yayıb.

Qurumun açıqlamasına əsasən, hücum Ukrayna kəşfiyyatının Rusiyaya qarşı planlaşdırdığı təxribatın qarşısını almaq məqsədilə həyata keçirilib. FSB bildirib ki, Kiyev tərəfi Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-31 təyyarəsini ələ keçirmək üçün əməliyyat hazırlayırdı və bu plan ifşa olunduqdan sonra Moskva cavab addımı atıb.

Moskva rəsmiləri əməliyyatın “əks-təxribat xarakteri daşıdığını” vurğulayır. Ukrayna tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Hazırda regionda vəziyyət gərgin olaraq qalır və zərbə nəticəsində baş verən dağıntılarla bağlı dəqiq məlumatlar dəqiqləşdirilir.

Musavat.com

Seçilən
50
30
musavat.com

10Mənbələr