AZ

Misirdə turist avtobusu yük maşını ilə toqquşub, ölənlər var

Misirin Qırmızı Dəniz əyalətində turist avtobusu yük maşını ilə toqquşub.Bu barədə xarici KİV-lər Ras-Qarib şəhərinin prokurorluğuna istinadən məlumat yayıb.

Qəza nəticəsində iki nəfər ölüb, daha 39 nəfər yaralanıb.

İlkin araşdırmalara görə, zərərçəkənlər arasında 27 rusiyalı, 2 litvalı, 7 finlandiyalı, 3 misirli (iki sürücü və turist bələdçisi) var. Yaralılar tibbi yardım üçün Ras-Qarib xəstəxanasına çatdırılıblar.

Seçilən
20
1
anews.az

4Mənbələr