AZ

Qeyri neft sektorunun müxtəlif gəlirli sahələrinin inkişafı üçün neft sektoruna oxşar şərait yaradılmalıdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

"ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyanın enerji sektorunu hədəf alan son sanksiyalarından sonra Türkiyənin ən böyük neft emalı zavodları daha çox qeyri-rus nefti almağa başlayıb". Bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu bu yaxınlarda İraq, Qazaxıstan və digər istehsalçılardan dörd partiya xam neft alıb. “Söhbət gündə 77 min - 129 min barrel arasında qeyri-rus neftindən gedir. Bu o deməkdir ki, SOCAR öz əməliyyatlarında Rusiya neftinin payını azaldacaq, halbuki sentyabr və oktyabr aylarında şirkət demək olar ki, tamamilə Rusiyanın “Urals” markalı xam neftindən – təxminən gündə 210.000 barreldən asılı idi”, – məlumatda qeyd olunub. Bildirilib ki, yeni alınan yüklərdən biri də “Urals” neftinə oxşayan, amma sanksiyalara məruz qalmayan Qazaxıstanın KEVSO neftidir. Əvvəllər SOCAR bu markadan ildə yalnız bir partiya idxal edirdi. Türkiyənin digər böyük neft emalı zavodu olan “Tupras” da İraq xam neftinin alışını artırıb.Şirkət AB-yə yanacaq ixrac etmək qabiliyyətini qorumaq üçün neft emalı zavodlarından birində Rusiya xam neftinin idxalını tamamilə dayandırmağı düşünür.Hazırkı geosiyasi vəziyyətdə SOCAR-ın yeni bazarlara çıxış imkanları necə qiymətləndirilir?SOCAR üçün enerji keçidi (enerji transition) prioritetlər arasında yer alırmı?Neftdən asılılığın azaldılması istiqamətində Azərbaycan hansı enerji layihələrinə önəm verir?Türkiyənin emal gücünün artması Azərbaycanın enerji siyasətinə necə təsir edə bilər?Xəzər regionunda enerji əməkdaşlığı üçün yeni tərəfdaşlıq imkanları varmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında neft sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti artıq Azərbaycandan kənardakı layihələrə üstünlük verir: “SOCAR-ın əsas gəliri neftin və qazın satışından formalaşır. Çünki neftin emalı və neft məhsullarının satışından gələn gəlir orda marja, orda gəlirlilik səviyyəsi aşağıdır. İkinci bir tərəfdən xarici bazarlara çıxardanda orda rəqabət yüksəkdir, nəqliyyat xərcləri var və bu get-gedə artır, ona görə də gözlənilən gəliri gətirmək gücündə deyil. Azərbaycan Dövlət Neft Şirkəti gözəl anlayır ki, ölkənin daxilində resurslardır, yəni uzunmüddətli, onilliklər, hətta yüz ilə qədər olan yataqlar işlənib və onların hasilatının artırılması nəinki problemli, bəzilərində heç mümkünsüzdür. Bu baxımdan da Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycandan kənardakı layihələrə artıq üstünlük verir. Bu yolda da addımlar atır. Ötən il Azərbaycan Dövlət Neft Şirkəti birinci dəfə Birləşmiş Ərəb Əmirliklərində neft layihəsinə qoşuldu. Birləşmiş Ərəb Əmirliklərinin ADNOC (Abu Dhabi National Oil Company) şirkəti ilə birgə neft layihəsində 3 %-lik paya sahib çıxdı. Cari ilin yanvarında İsrail şelfində “Tamar” qaz yatağında 10% paya malik oldu. Bundan əlavə, bu ilin may ayında artıq İsrail şelfində tərəfdaşı “BP” şirkəti olan bir kəşfiyyat layihəsində operator qismində o layihəyə də qoşuldu. Nəhayət bu ilin yayında Özbəkistanda operator olmaq şərti ilə kəşfiyyat layihəsində hasilatın pay bölgüsü sazişinə qoşuldu. Artıq Azərbaycandan kənarda hasilat və kəşfiyyat kimi Dövlət Nekt Şirkəti 4 layihənin iştirakçısıdır. Mən gözləyirəm ki, yeni təkilfləri də nəzərdən keçirir və risk dərəcəsi aşağı olan layihələri SOCAR yenə qoşulacaq və bununla da ən azından yaxın 10 il üçün gəlirlilik səviyyəsini stabilləşdirə bilər”.

İlham Şaban

İlham Şaban vurğulayıb ki, Azərbaycan inkişaf yolunu Sovetin modeli ilə deyil, Çin modeli ilə getməlidir: “Neftdən asılılığın Azərbaycan iqtisadiyyatının şaxələndirməsi məsələsinə gəldikdə, məsələn, faktiki olaraq 2015-ci ildən Azərbaycan hökuməti bu sahədə ciddi addımlar atmağa başlayıb. Yəni yol xəritələri, müxtəlif qeyri-neft sektoruna dəstəklə bağlı addımlar. Biz görürük ki, 10 il keçdi, bunlar yetərli deyil. Niyə görə? Mən hesab edirəm ki, vaxtilə 90-cı ilin ortasında neft sektoru və onun inkişafı üçün hasilatın pay bölgüsü kimi necə şərait yaradılmışdısa, qeyri-neft sektorunun müxtəlif gəlirli sahələri üçün də o cür şərait yaradılmalıdır. Ora dövlətin vəsaiti deyil, ora özəl vəsaitlərin yatırılması üçün çox münbit və qanunla qorunan müstəsna əhəmiyyəti olan addımlar atılmalıdır. Mən əminəm ki, maksimum 5 il müddətində həmin o addımlar atılsa, qeyri-neft sektorunun çiçəklənməsi və dövlətə əlavə qazanclar qazandırması, həmçinin dövlətin vəsaitlərinin xərclənməsində nə qədər qənaət edilməsini biz görə bilərik. Bundan əlavə, məşğulluq səviyyəsi artar. Əgər 60-cı illərdə Cənubi Koreyadan, Sinqapurdan tutmuş Uzaq Cənubi-Şərqi Asiyadakı inkişaf səviyyəsini 10 ilə artıran ölkələrin hamısına, hətta savadsızlıq səviyyəsi ən aşağı səviyyədə olan Malayziyaya belə baxsaq, onlar iqtisadiyyatda inkişaf üçün qanunları qəbul edib orda korrupsiyanın minimumlaşdırılması və ya onun tamamilə məhv edilməsi yönümündə addımlar atmaqla, 10 ilə nə qədər böyük bir inkişaf yoluna nail olublar.

Velosiped icad etmək lazım deyil. Azərbaycan da o yolları özündə tətbiq etsə, əminəm ki, onların o zaman 10 ilə keçdiyini, biz indi 5 ilə keçə bilərik. Çinin özü 80-ci ildə başladı, ancaq ilk nəticələri artıq 85-ci ildə gördü. Sovet hökuməti 85-ci ildə başa düşdü ki, dövlət sektoru ilə nəyəsə nail ola bilməyəcək. O da yenidənqurmaya start verdi. 87-ci ildə qismən özəl sektorun olmasını təsdiqlədi, ancaq bunu dövlətsizləşmə kimi yox, kommunist partiyasının hegemonluğu altında, yaxud tamamilə nəzarəti altında həyata keçirmək istəyi ona gətirib çıxardı ki, Sovet hökuməti 87-ci ildə atdığı addım nəticəsində 4 ildə sonra artıq dağıldı. Azərbaycan inkişaf yolunu Sovet modeli ilə deyil, Çin və Cənub-Şərqi Asiya ölkələrinin uğurlu iqtisadi transformasiya keçmiş dövlətlərin təcrübəsi ilə formalaşdırmalıdır”.

Günel Həsənova, Bizimyo.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
bizimyol.info

1Mənbələr