AZ

Arne Slot: “Ötən mövsümdə də rahat deyildim, indi də”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə çempionluq imkanlarını qiymətləndirib.

Arena.az niderlandlı mütəxəssisim müvafiq qənaətini təqdim edir:

“Yarış cədvəli hər şeyi aydın göstərir: “Arsenal” “Mançester Siti”ni 6 xal, bizi isə 8 xal qabaqlayır. Amma ötən mövsümdə çempionatın başa çatmasına 10 oyun qalmış 8 ya 10 xallıq fərqlə yarış cədvəlinə başçılıq edirdik. Elə o vaxt da rahat deyildim. Həmçinin ola bilər ki, mövsümün 2-ci hissəsində, birinci hissədə olduğu qədər əminliklə oynamırdıq. Bunu heç də hamı sezmirdi, amma hiss edirdim ki, hər bir qələbə bizə, böyük zəhmət bahasına başa gəlir”, deyə Arne Slot cari vəziyyəti, keçmiş mənzərəni nümunə göstərməklə qiymətləndirib.

“Liverpul”un kapitanı, niderlandlı mərkəz müdafiəçisi Vircil van Deyk də “qırmızılar”ın son uğursuzluqlarına münasibətini açıqlayıb:

“Bizim məğlub olduğumuz bu qədər çox oyunu uduzanda, düşünmürəm ki, yarış cədvəlinə baxmağın bir mənası olsun…”, deyə Van Deyk vurğulayıb.

Xatırladaq ki, “Liverpul” hazırda 18 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Qırmızılar” 11 oyunda 6 qələbə qazanıb, 5 məğlubiyyətə üzülüblər.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
32
20
arena.az

10Mənbələr