AZ

Bakı və İrəvan arasında sülh imzalanmayacaq, çünki… – ŞOK AÇIQLAMA

Ermənistanın Avropa üzrə xüsusi nümayəndəsi Edmon Marukyanın “sülh planları əvvəllər də olub, amma rədd edilib” açıqlaması bölgədə müzakirələrə yol açıb.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Ermənistan hakimiyyəti sülh prosesində heç vaxt səmimi mövqe sərgiləməyib:

CROSSMEDIA

“Ermənilər bu günə qədər nəinki sülh imzalamayıblar, hətta razılaşmaların heç bir bəndinə əməl etməyiblər. 9 Noyabr bəyannaməsində üzərlərinə götürdükləri öhdəliklərin yalnız bir neçəsini icra etdilər, qalanlarını isə yerinə yetirmədilər. Azərbaycan Xankəndi, Xocalı və Xocavəndi antiterror əməliyyatı ilə azad etdi. Amma Ermənistan həmin ərazilərin minalardan təmizlənməsi üçün xəritə vermədi”.

Partiya sədrinin sözlərinə görə, Ermənistanın hər hansı sənədə imza atması əslində heç bir əhəmiyyət daşımır:

“8-9 Noyabr razılaşmasında Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa vardı, amma bu istiqamətdə bir addım da atmayıblar. Bir metr yolu belə təmir etməyiblər. Belə olan halda biz niyə sülh imzalamalıyıq?

Ermənistanda sosial sorğular keçirirlər və xalq açıq şəkildə sülh istəmədiyini bildirir. Paşinyan isə məcbur qaldığı üçün qeyri-səmimi şəkildə sülhdən danışır”.

Abbaslı hesab edir ki, Ermənistan tərəfi fürsət düşən kimi yenidən Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirəcək:

“Paşinyanın nazirləri “yeni torpaqlar uğrunda yeni müharibə” tezisini səsləndirirdilər. Buna görə də Ermənistanla sülh prosesi real deyil. Onlar buna nə hazırdırlar, nə də istəyirlər. Azərbaycan isə üzərinə düşən öhdəlikləri yerinə yetirəcək, lakin Ermənistan etməyəcək. Sonda yenə də Azərbaycan ədaləti şəhidlərimizin və qazilərimizin bahasına bərpa etməyə məcbur qalacaq. Ona görə də biz bu sülh danışıqlarını yenidən dəyərləndirməliyik”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
26
konkret.az

1Mənbələr