AZ

Sabiq prezidentin qızı “terrorçuluğa təşviq”də ittiham olunur

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Cənubi Afrikada səs-küylü məhkəmə prosesi başlayıb. AzPost xəbər verir ki, ölkənin keçmiş prezidenti Ceykob Zumanın qızı və tanınmış siyasətçi Duduzile Zuma-Sambudla 2021-ci ildə baş vermiş kütləvi iğtişaşlara çağırışda və ictimai zorakılığa təhrikdə ittiham olunur.

43 yaşlı Duduzile Zuma-Sambudla məhkəmədə özünü günahkar saymadığını bəyan edib. O, prosessə üzərində “Müasir terrorçu” yazılmış köynəkdə gəlib, bu da ittihamlara istehza kimi qiymətləndirilib. Məhkəmə işi Durban şəhərində keçirilir və bu, sosial şəbəkə paylaşımları əsasında “terrorizmə təşviq” ittihamı irəli sürülən ilk iş kimi ölkə tarixində bir ilk sayılır.

Xatırladaq ki, 2021-ci ilin iyulunda keçmiş prezident Ceykob Zuma korrupsiya istintaqı ilə bağlı məhkəməyə ifadə verməkdən imtina etdiyinə görə 15 aylıq həbs cəzası almışdı. Onun həbsindən sonra Yohannesburq və Durban daxil olmaqla bir neçə əyalətdə genişmiqyaslı iğtişaşlar baş vermiş, 350-dən çox insan həyatını itirmişdi.

Prokurorluq hesab edir ki, Duduzile Zuma həmin vaxt sosial şəbəkələrdə “xalqı azadlıq adı altında zorakılığa çağıran” paylaşımlar edib və bu, kütləvi qarşıdurmaların alovlanmasında mühüm rol oynayıb. İttiham tərəfi bildirir ki, iğtişaşları koordinasiya etmək üçün 160-dan çox sosial media qrupunun yaradıldığı aşkarlanıb.

Duduzile Zuma isə ittihamları siyasi motivli adlandırıb. O, atası kimi 2023-cü ildə Afrika Milli Konqresini tərk edərək, “Umkonto veSizwe” adlı milli hərəkat partiyasına qoşulub və ötən il parlament seçkilərində həmin partiyanın təmsilçisi kimi deputat mandatı qazanıb.

Məhkəmə iclasında sabiq prezident Ceykob Zuma da iştirak edib və qızına dəstək nümayiş etdirib. O, məhkəmə zalında sakit və gülümsəyən görünüşü ilə diqqət çəkib.

Zuma Fondunun nümayəndəsi Mzvanele Mani bu işi “Zuma ailəsinə qarşı məqsədli siyasi təzyiqin növbəti mərhələsi” adlandırıb. Onun sözlərinə görə, Duduzilenin paylaşımları iğtişaşları deyil, artıq baş verən hadisələri şərh etmək məqsədi daşıyıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
50
azpost.info

10Mənbələr