Ukrayna ordusu Rusiyanın Saratov neft emalı zavoduna, Feodosiya dəniz neft terminalına və Donetskdə daha bir neçə müəssisəyə zərbələr endirib.
Xezerxeber.az yerli UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
“Saratovda hədəfə endirilən zərbələrdən sonra ard-arda partlayışlar qeyd olunub, ardınca isə böyük yanğın baş verib. Dəyən ziyan araşdırılır”, - deyə Ukrayna ordusunun Baş Qərargahından bildirilib.
Bundan başqa, Feodosiya dəniz dəniz neft terminalına hücumda, müəssisənin ərazisində yerləşən tanklar da hədəfə alınıb.
Qeyd edək ki, Saratov neft emalı zavodu 20-dən çox neft məhsulu istehsal edir.