AZ

Rusiya əraziləri ARD-ARDA BOMBARDMAN edilir, Ukrayna ƏKS-HÜCUMA keçdi - CANLI

Ukrayna ordusu Rusiyanın Saratov neft emalı zavoduna, Feodosiya dəniz neft terminalına və Donetskdə daha bir neçə müəssisəyə zərbələr endirib.
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

“Saratovda hədəfə endirilən zərbələrdən sonra ard-arda partlayışlar qeyd olunub, ardınca isə böyük yanğın baş verib. Dəyən ziyan araşdırılır” Ukrayna ordusunun Baş Qərargahından bildirilib.

Feodosiya dəniz dəniz neft terminalına hücumda, müəssisənin ərazisində yerləşən tanklar da hədəfə alınıb.

Qeyd edək ki, Saratov neft emalı zavodu 20-dən çox neft məhsulu istehsal edir.

TV Musavat-ın saat 15:00-da canlı yayımlanan "Həftə içi" verilişində professor Qabil Hüseynli aparıcı Emil Salamoğlunun suallarını cavablandırır.

Seçilən
29
6
musavat.com

7Mənbələr