AZ

Husilər İsrailə qarşı hücumları DAYANDIRDI

Husi silahlıları HAMAS rəhbərliyinə ünvanlanmış məktubda Qəzza sektorunda elan olunan atəşkəsə uyğun olaraq İsrailə və Qırmızı dənizdəki gəmilərə qarşı hücumları dayandırdıqlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə yeni təyin olunmuş Baş Qərargah rəisi əl-Madani bildirib.

“Biz hadisələrin gedişini diqqətlə izləyirik. Əgər düşmən Qəzza bölgəsinə qarşı aqressiyanı bərpa edərsə, biz sionist quruluşunun dərinliyində hərbi fəaliyyətimizi yenidən başlada və Qırmızı və Ərəb dənizlərində İsrail gəmiçiliyinə qadağanı bərpa edəcəyik”, - o deyib.

Musavat.com

Seçilən
54
musavat.com

1Mənbələr