AZ

Slovakiya baş naziri: “Ukraynaya 140 milyard avro kredit verilməs...”

Slovakiyanın baş naziri Robert Fiko dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 140 milyard avro ayrılmasına qarşı çıxıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Fikonun sözlərinə görə, əgər Avropa İttifaqı belə bir addımı təsdiqləsə, bu, Ukraynadakı münaqişəni ən azı iki il uzadacaq. O, Avropanın həqiqətən də döyüşlərə son qoymağa çalışıb-çalışmadığını, yoxsa əksinə, onun davam etməsinə töhfə verib-vermədiyini soruşub.

“Müharibəyə son qoymaq istəyirik, yoxsa onu alovlandırırıq? Müharibəni davam etdirmək üçün Ukraynaya 140 milyard avro ayıracağıq. Bu nə deməkdir?” - Avropa mühafizəkarları onun sözlərini sitat gətirirlər.

Baş nazir vurğulayıb ki, Bratislava Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün Rusiya aktivlərindən istifadə ilə bağlı heç bir hüquqi və ya maliyyə təşəbbüslərində iştirak etməyəcək.

Əvvəllər bildirilirdi ki, bu məsələ ilə bağlı Aİ-də müzakirələr qismən əhəmiyyətli miqdarda dondurulmuş vəsaitin saxlanıldığı Belçikanın mövqeyi səbəbindən dayanıb.

Musavat.com

Seçilən
117
7
musavat.com

10Mənbələr