
Avropa Komissiyası (AK) Gürcüstan nümayəndələrini gələn həftə Brüsseldə keçiriləcək Avropa İttifaqının genişlənmə forumuna dəvət etməyib.
AFN.az-ın xəbərinə görə, bu barədə Brüsseldə keçirilən brifinqdə AK nümayəndəsi Giyom Mersye məlumat verib.
Mersye bildirib ki, Avropa Komissiyasının əvvəllər yayımladığı genişlənmə hesabatında Gürcüstan artıq yalnız “nominal namizəd” kimi qiymətləndirilib. O əlavə edib ki, Gürcüstan forumda iştirak etməyəcək. Avropa Komissiyası ölkəni demokratik norma və Avropa dəyərlərindən uzaqlaşmaqda ittiham edir.
Forum 18 noyabrda Brüsseldə keçiriləcək və orada Aİ-yə namizəd ölkələrin nümayəndələri iştirak edəcək.