AZ

TƏCİLİ! Rusiya ordusu Pokrovsk şəhərinə daxil oldu - ANBAAN GÖRÜNTÜLƏR

Rusiya ordusu Ukraynanın Pokrovsk şəhərinə daxil olub.

Musavat.com xəbər verir ki, Rusiya hərbi qüvvələri Ukraynanın Donetsk vilayətində yerləşən Pokrovsk şəhərinə daxil olublar.

Məlumatlara görə, ordu mənsubları motosikletlər və zədələnmiş nəqliyyat vasitələri ilə şəhərə irəliləyirlər.

Hazırda bölgədə təhlükəsizlik vəziyyəti gərgindir və Ukrayna Silahlı Qüvvələri şəhərin müdafiəsini təmin etməyə çalışır.

Pokrovsk Donetsk vilayətinin strateji əhəmiyyətli şəhərlərindən biridir və onun ələ keçirilməsi cəbhədə vəziyyəti kəskin şəkildə dəyişə bilər.

Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumat verməyib.

Musavat.com

Seçilən
57
2
musavat.com

10Mənbələr