Pakistandakı Taliban nümayəndələri İslamabadda məhkəmə binasına edilən hücumda iştiraklarını təsdiqləyiblər.
"Ölkə.az" xəbər verir ki, bu barədə AFP-nin məlumat yayıb.
Hücum nəticəsində ən azı 12 nəfər ölüb, 27 nəfər yaralanıb.
Taliban bildirib ki, "Pakistanın qeyri-islam qanunlarına uyğun olaraq qərarlar verən hakimlər, vəkillər və rəsmilər hədəfə alınıb".
Onlar həmçinin bildiriblər ki, Pakistanda İslam qanunları tətbiq olunana qədər hücumlara davam edəcəklər.
Elvin
Ölkə.az