AZ

Tramp İranı vuran bombardmançıları “SƏNƏT ƏSƏRİ” ADLANDIRDI

Birləşmiş Ştatlar "B2" bombardmançılarının bir neçə təkmilləşdirilmiş versiyasını sifariş edib .

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanat verib.

Onun sözlərinə görə, bu təyyarələr “bir an içində İranın nüvə potensialını tamamilə məhv edərək” böyük işlər görüb. ABŞ lideri bundan sonra onlara hörmətin artdığını qeyd edib.

“Onlar (B2 bombardmançıları – red.) möhtəşəm deyillərmi? Biz indicə bu inanılmaz sənət əsərinin daha çox yenilənmiş versiyalarını sifariş etdik”, – deyə Ağ Evin rəhbəri Veteranlar Günü münasibətilə Arlington qəbiristanlığında çıxışı zamanı bildirib.

İyun ayının 22-nə keçən gecə Tramp açıqlayıb ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Əsas hədəf Fordo – uranın zənginləşdirilməsi zavodu olub. Onun sentrifuqalar zalı yüz metrlik qaya və dəmir-beton təbəqəsi ilə qorunduğundan bombardmanlara demək olar ki, davamlı idi.

Seçilən
55
9
publika.az

10Mənbələr