AZ

Avropa Komissiyası yeni kəşfiyyat bölməsi yaratmağı nəzərdən keçirir

Avropa Komissiyası yeni kəşfiyyat bölməsi yaratmağı nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Balazs Ujvari dünyada mürəkkəb geosiyasi və geoiqtisadi mühitin mövcud olduğunu, bu səbəbdən təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirmələrinin vacib olduğunu bildirib. O, Komissiyanın bu çərçivədə yeni bir kəşfiyyat bölməsi yaratmağı nəzərdən keçirdiyini açıqlayıb.

Ujvari Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Komissiyanın dəyərləndirdiyi yeni struktur barədə danışaraq, məsələnin hələ ilkin mərhələdə olduğunu və bu səbəbdən geniş məlumat verə bilməyəcəyini qeyd edib.

“Biz çətin geosiyasi və geoiqtisadi dövrdəyik və Avropa Komissiyası bu şəraitdə təhlükəsizlik və kəşfiyyat qabiliyyətlərini necə gücləndirə biləcəyini araşdırır” – deyə Ujvari bildirib.

O, Komissiyanın qiymətləndirdiyi addımlar arasında Baş Katiblik daxilində yeni kəşfiyyat bölməsinin yaradılmasının da yer aldığını söyləyib. Yeni qurumun mövcud ekspertiza bazasına söykənəcəyi və Aİ səviyyəsində təhlükəsizlik təlimi və koordinasiyasını təmin edən institutların fəaliyyətinə dəstək verəcəyi qeyd olunub.

Ujvari həmçinin bildirib ki, bu bölmə Komissiyanın Təhlükəsizlik İdarəsinin fəaliyyətini tamamlayıcı xarakter daşıyacaq və Aİ Xarici Fəaliyyət Xidmətinin (EEAS) təhlükəsizlik üzrə bölmələri ilə sıx əməkdaşlıq şəraitində çalışacaq.

“Dünya dəyişir və Aİ buna uyğun olaraq təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirməlidir. Yeni bölmənin yaradılması ideyası da bu ehtiyacdan irəli gəlir” – deyə Ujvari əlavə edib.

Aİ Komissiyasının baş sözçüsü Paula Pinho isə yeni kəşfiyyat bölməsinin çox kiçik miqyasda planlaşdırıldığını bildirib.

Seçilən
28
afn.az

1Mənbələr