AZ

Ukrayna bütün NATO ölkələrindən daha çox dron istehsal edir

Ukrayna hazırda ildə təxminən 4 milyon dron istehsal edir.

"Ölkə.az" Bloomberg-ə istinadla xəbər verir ki, bu, bütün NATO ölkələrinin istehsalından daha çoxdur.

Agentliyin məlumatına görə, Ukraynanın dron sənayesi sürətlə böyüyür. 2022-ci ildə Ukraynada cəmi 10 dron istehsalçısı var idisə, bu gün artıq 500-ə yaxın istehsalçı var.

Şirkətlər bir neçə yüz dollara başa gələn ucuz FPV dronlarından tutmuş onlarla kilometr məsafəni qət edə bilən uzaq mənzilli modellərə qədər hər növ dron istehsal edir.

Agentlik qeyd edir ki, Ukrayna istehsalçılarının növbəti məqsədi NATO bazarlarına daxil olmaqdır. Müqayisə üçün, ABŞ ildə təxminən 100.000 hərbi dron istehsal edir.

Elvin

Ölkə.az

Seçilən
82
1
olke.az

2Mənbələr