AZ

"Düzdür, hesab 7:2 olub, amma..." - Qəzənfər Abbasov

2-ci Liqanın 8-ci turunda qonağı olan "Qaradağ Lökbatan" 7:2 hesablı darmadağınla xal hesabını 21-ə çatdırdı və turnir cədvəlindəki şərikli liderliyini qorudu. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb darmadağını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Səfər oyununa yaxşı hazırlaşmışdıq. Məqsədimiz ilk dəqiqələrdən qol vurmaq idi ki, bunu da etdik. Hissənin əvvəllərində qollarımızı vurduq, rahatlaşdıq. Bir qədər arxayın oynamağa başladıq. Futbolçularımızın müəyyən qədər arxayınlaşmasından istifadə edən rəqib çox sayda qol imkanları yaratdı və iki yaxşı qolla yadda qaldı. Bəzi epizodlarda müdafiəçilərimiz, digərlərində qapıçımız yaxşı oynadı. Düzdür, hesab 7:2 olub, amma müdafiədə bəzi səhvlərə, boşluqlara yol verdik. Məncə, futbolçularımız çox qol vurmaq istədikləri üçün müdafiədə o qədər də diqqətli deyildilər. Qarşı tərəfin qol vəziyyətlərindən daha yaxşı istifadə etməyə bəlkə ustalıq səviyyəsi, bəlkə də təcrübəsi çatmadı. Komandamı təbrik edirəm. Ümumilikdə maraqlı oyun oldu".

Nihat

Seçilən
25
1
fanat.az

2Mənbələr