Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yerli mediaya verdiyi müsahibəsi rezonansa səbəb olub.
Gununsesi.info–nun xəbərinə görə, Köçəryan müsahibəsində azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaq tələbinə münasibəti bildirib:
“Bəli, Artsax (Qarabağ -red.) ermənilərinin qaytarılması məsələsini eyni baxışa qoymaq və azərbaycanlıların Ermənistana qayıtmaq tələbi ilə eyniləşdirmək yolverilməzdir. Artsaxın (Qarabağın-red.) həmişə xüsusi statusu olub: Muxtar bölgə beynəlxalq qurumlarda nəzərə alınıb.
Ermənistanda isə azərbaycanlıların Muxtar rayonu olmayıb və ola da bilməzdi…
Əgər Azərbaycan 300-500 min azərbaycanlı Ermənistana gəlsin deyə dirəşirsə, Ermənistan da dirəşməlidir ki, Bakıya, Gəncəyə, Sumqayıta nə qədər erməni qayıtsın”.
YAP-çı deputat Naqif Həmzəyev isə Gununsesi.info-ya bildirib ki, Robert Köçəryan tarixi görməzdən gəlir:”Bugün Ermənistan dövləti yaradılan o ərazilər Azərbaycanın tarixi torpaqları olub. O torpaqlarda azərbaycanlılar etnik xalq kimi yaşamayıb. O torpaqların sahibi olublar. Tarixi şəraitlər nəticəsində azərbaycanlılar Qərbi Azərbaycandan didərgin düşdü”.
Naqif Həmzəyevin sözlərinə görə, Köçəryan Qarabağ mövzusundan hakimiyyətə qarşı istifadə edib, cəmiyyətin dəstəyini qazanmaq istəyir:”Amma bu keçərszidir. Erməni cəmiyyəti uzun illər Köçəryan hakimiyyətinin əziyyətini çəkib. Qarabağı işğalda saxlamaq Ermənistanı regional layihələrdən kənar saxladı, dövlət kimi inkişafdan saxladı. Nəinki, Ermənistan cəmiyyəti, hətta Qarabağdan olanlar belə bu işğalın faydasız olduğunu illərdir ki, dərk edirdi. Ona görə də Köçəryan hakimiyyətlə mübarizə üçün yeni arqumentlər tapmalıdır”.
Firuzə Mahmudova
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.