AZ

Türkiyənin daxili işlər naziri Gürcüstana getdi

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-1302 təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğradığı Sqinaxi bölgəsinə gedib.

Publika.az xəbər verir ki, bu barədə nazir özünü “X” sosial platforma hesabında yazıb.

Nazir təyyarənin qəzaya uğradığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları ilə maraqlanıb.

Türkiyə tərəfi, həmçinin hərbi yük təyyarəsinin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə qrupu və pilotsuz uçan aparatlar göndərib.

Məlumata görə, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) axtarış-xilasetmə qrupu da Gürcüstana yollanıb.

Seçilən
41
5
publika.az

8Mənbələr