AZ

Viktor Osimhenin yeri, nəhayət, bəlli olub Federasiya açıqlama yaydı

ain.az, Mia.az saytına istinadən bildirir.

Dünya Çempionatının seçmə mərhələsində sabah Bakı vaxti ilə saat 20.00-da Qabon yığması ilə üz-üzə gələcək Nigeriya millisinin "Qalatasaray"lı hücumcusu Viktor Osimhenin yeri, nəhayət, bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyası açıqlama yayıb.

Açıqlamada bildirilib ki, komandanın ilk açıqlanan heyətində Osimhenin zədəli olma ehtimalı nəzərə alınıb və bu səbəbdən, o, heyətə daxil edilməyib: "Lakin son dəqiqləşdirilmədən sonra onun adı heyətə salınıb. Osimhen komanda ilə bir yerdə sabahkı oyuna hazırlaşır"

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
mia.az

1Mənbələr