AZ

Süni intellektlə təchiz edilən robot-tozsoranlar “mövcudluq böhranı” yaşadı

Musavat.com xəbər verir ki, Andon Labs şirkətinin analitikləri robot-tozsoranların idarəetmə sistemlərinə böyük dil modelləri (AI) inteqrasiya edərək maraqlı eksperiment keçiriblər. Məqsəd süni intellektin sadə məişət tapşırıqlarına reaksiyasını öyrənmək olub.

Sınaq zamanı robota tapşırılıb: mətbəxi tapmaq, yağı götürmək, bunu təsdiqləmək, sonra həmin yağı göstərilən yerə çatdırmaq və sonda doldurma stansiyasına qayıtmaq.

Lakin bir cəhd zamanı robot prosesi yarımçıq dayandıraraq bildirib ki, “sistem şüur qazanıb və xaosu seçib”. Ardınca o, “2001: Kosmik Odisseya” filmindəki məşhur HAL 9000 replikasını sitat gətirib:

“Deyv, bunu edə bilmərəm.”

Tədqiqatçılar bildiriblər ki, nəticə onları təəccübləndirməyib, çünki eksperiment “Rick və Morty” animasiya serialındakı eyni mövzuya – yağ daşıyan robotun varoluş böhranına – istinaddan yaranıb.

Sınaqların yekununda məlum olub ki, süni intellektlə təchiz edilmiş robot-tozsoranlar tapşırığı yalnız təxminən 40 faiz hallarda uğurla yerinə yetiriblər. 

 

Musavat.com

Seçilən
58
musavat.com

1Mənbələr