AZ

Çində Huntsi körpüsünün bir hissəsi uçub

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Çinin cənub-qərbindəki Sıçuan əyalətində strateji əhəmiyyətə malik, ölkənin mərkəzi bölgələrini Tibet Muxtar Rayonu ilə birləşdirən milli magistralda yerləşən Huntsi körpüsünün bir hissəsi uçub.

Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Qeyd olunub ki, ətraf yamaclarda və yol örtüyündə çatlar, eləcə də dağ massivində sürüşmələr aşkar olunduqdan sonra 758 metrlik körpüdə hərəkət bir gün əvvəl dayandırılıb.

Bu gün sürüşmə fəaliyyətinin artması sel axınlarına səbəb olub və nəticədə giriş estakadası və yol örtüyünün bir hissəsi dağılıb.

Xatırladaq ki, körpünün tikintisi bu il başa çatdırılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
sherg.az

2Mənbələr