AZ

TDT Baş katibi Türkiyəyə başsağlığı verdi

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Publika.az xəbər verir ki, o, bu barədə "X"də paylaşım edib.

"Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğradığını dərin kədərlə öyrəndik. Hazırda axtarış-xilasetmə işləri davam edir. Şəhidlərin ruhuna səmimi dualarımızı çatdırır, ailələrinə, yaxınlarına və qardaş Türkiyə xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.

Seçilən
33
2
publika.az

3Mənbələr