AZ

Nadir “Mellon Blue” almazı Cenevrədə 25,6 milyon dollara satılıb

Bakı. Trend:

Əvvəllər amerikalı xeyriyyəçi və ABŞ-nin keçmiş birinci xanımıJaklin Kennedinin yaxın dostu Reyçel Mellona məxsus olan nadir 9,51karatlıq “Mellon Blue” almazı Cenevrədə 20,5 milyon İsveçrəfrankına (25,6 milyon dollar) satılıb.

Trend xəbər verirki, bu barədə “Christie’s” hərrac evi məlumat yayıb.

Hərrac evinin açıqlamasına görə, “Mellon Blue” almazının zənginrəngi onu nadir parlaq brilyant kateqoriyasına daxil edir və bu,bütün mavi brilyantların 1 faizindən azını təşkil edir. Daş daxiliqüsurlardan tam azaddır.

Cenevrədəki “Christie’s” hərrac evinin zərgərlik şöbəsininmüdiri Maks Fosettanın sözlərinə görə, bu daş “bazarda indiyə qədərgörünən ən gözəl rəngli daşlardan biri” hesab olunur.

Almaz 2014-cü ildə Reyçel Mellonun ölümündən sonra ilk dəfəhərraca çıxarılıb və o zaman rekord məbləğə – 32,6 milyon dollarasatılmışdı. Yeni sahibi onun şəffaflığını artırmaq üçün bərpaişləri aparıb. Nəticədə, daş ilkin çəkisi 9,75 karatdan 9,51 karataenib və kulondan üzüyə çevrilib.

Seçilən
56
az.trend.az

1Mənbələr