AZ

Argentinada Buenos-Ayresdə qatar qəzası: 19 nəfər xəsarət aldı

BAKI, 12 noyabr. TELEQRAF

Argentinanın paytaxtı Buenos-Ayresdə qatar vaqonunun relsdən çıxması nəticəsində 19 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə şəhərin fövqəladə tibbi yardım sistemi rəhbəri Alberto Kresenti bildirib.

Onun sözlərinə görə, 9 nəfər xəstəxanaya aparılıb, 10 nəfərə isə yerində tibbi yardım göstərilib.

"Trenes Argentinos" şirkətinin məlumatına görə, vaqon relsdən yol dəyişdirilərkən çıxıb. Hadisə səbəbləri relslərin təmizlənməsi və müvafiq ekspertizanın aparılmasından sonra müəyyən ediləcək. Hadisə zamanı həmin istiqamətdə hərəkət müvəqqəti məhdudlaşdırılıb.

Seçilən
29
teleqraf.com

1Mənbələr