AZ

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Bakı

Danimarka Ukraynaya ümumi dəyəri 1,4 milyard kron (220 milyonABŞ dolları) olan 28-ci hərbi yardım paketini təqdim edəcək.

Trend xəbər verirki, bu barədə Danimarka Müdafiə Nazirliyinin parlamentin XariciƏlaqələr Komitəsi ilə məsləhətləşmələrdən sonra yaydığıpress-relizdə bildirilib.

Yeni paket çərçivəsində Danimarka “Danimarka modeli” vasitəsiləUkraynanın öz hərbi-sənaye kompleksindən satınalma xərclərininmaliyyələşdirilməsi üçün əlavə 100 milyon kron (15,5 milyon ABŞdolları) ayıracaq.

Bundan başqa, Amerika silahlarının PURL (Ukrayna PrioritetEhtiyaclar Siyahısı) mexanizmi ilə alınmasına 372,2 milyon kron(57,7 milyon ABŞ dolları), NATO Dəstək və Təchizat Agentliyi (NSPA)vasitəsilə yanacaq təchizatı üçün isə 80 milyon kron (12,4 milyonABŞ dolları) yönəldiləcək.

Nazirliyin məlumatına görə, 2025-ci ildə “Danimarka modeli” üzrəmaliyyələşmə 2,6 milyard kron (400 milyon ABŞ dolları), 2026 və2027-ci illərdə isə hər biri 1 milyard kron (160 milyon ABŞdolları) həcmində olacaq.

Yeni yardım paketi ilə Danimarkanın Ukrayna Silahlı Qüvvələrinəümumi hərbi dəstəyinin məbləği 70 milyard kronu (10,87 milyard ABŞdolları) keçəcək.

Seçilən
52
az.trend.az

1Mənbələr