AZ

Dominikan Respublikasında qəza səbəbindən ölkə üzrə işıqlar sönüb

Bakı. Trend:

Dominikan Respublikasında baş verən qəza nəticəsində ölkə üzrəelektrik enerjisinin tam kəsilməsi qeydə alınıb və milli polisasayişi təmin etmək üçün səfərbər edilib.

Trend xəbər verirki, yerli “Diario Libre” qəzetinin məlumatına görə, noyabrın 11-dəyerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə 03:00) qədər ölkəninenerji təchizatının yalnız 30 faizindən bir qədər çoxu bərpaolunub.

Dominikanın dövlət enerji şirkəti ETED bildirib ki, fasiləölkənin şərqində yerləşən iki böyük elektrik stansiyasında qəzanəticəsində yaranıb.

Milli Polis sosial şəbəkədə yaydığı açıqlamada ictimai asayişinqorunması üçün bölmələrin ölkə üzrə yerləşdirildiyini bildirib.

Seçilən
19
az.trend.az

1Mənbələr