AZ

Makron İsrilin planları barədə sərt danışdı: Qırmızı xətt keçilsə...

Fransa Prezidenti Emmanuel Makron və Fələstin Prezidenti Mahmud Abbas Fələstin dövləti üçün birgə "konsolidasiya komitəsi" yaratmaq barədə razılığa gəliblər.

Azreform.info xəbər verir ki, məlumatı Parisdə Mahmud Abbasla birlikdə keçirdiyi mətbuat konfransında Makron açıqlayıb: "Bu gün Fələstin dövlətini gücləndirmək üçün birgə komitə yaratmaq qərarına gəldik. Komitə bütün hüquqi, konstitusiya, institusional və təşkilati aspektləri əhatə edəcək. Komitə Prezident Abbasın mənə təqdim etdiyi yeni konstitusiyanın hazırlanmasında iştirak edəcək".

Makron Abbasa atəşkəsdən sonra Fələstin ərazilərinin təhlükəsizliyinin "Fələstini hərbiləşdirilmiş dövlətə çevirmədən" təmin edilməsinə verdiyi öhdəliyə görə təşəkkür edib. Makron həmçinin Qəzza zolağında hakimiyyətə qayıdan HƏMAS-ın əleyhinə olduğunu və bunun "kollektiv uğursuzluq" olacağına inandığını bildirib. Prezident islahat planı hazırlandıqdan sonra hakimiyyətin Fələstin Muxtariyyətinə tez bir zamanda ötürülməsini müdafiə edib. O əlavə edib ki, "prioritet Şərqi Qüds də daxil olmaqla, Fələstin ərazisində azad, şəffaf və demokratik prezident və ümumi seçkilərin təşkil edilməsidir".

Makron həmçinin İordan çayının qərb sahilindəki "narahatedici vəziyyəti" vurğulayıb, bildirib ki, orada "İsrailli köçkünlərin fələstinlilərə qarşı zorakılığı" və "müstəmləkəçiliyin sürətlənməsi" davam edir. O, bunun regionda sabitliyi təhdid etdiyini və beynəlxalq hüququn pozulması olduğunu deyib: "Daha əvvəl qeyd etdiyim kimi, həm hüquqi, həm də faktiki olaraq qismən və ya tam ilhaq planları, həyata keçirilərsə, Avropa tərəfdaşlarımızla birlikdə qətiyyətlə cavab verəcəyimiz qırmızı xəttdir".(Musavat.com )

Seçilən
23
4
azreform.info

5Mənbələr