AZ

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək

Yaponiyanın Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq, Yaponiya Ukraynadakı vəziyyətlə bağlı sülhün bərqərar olması üçün hansı addımların effektiv olduğuna, eləcə də milli maraqlarına əsaslanaraq tədbir görəcək.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Yaponiyanın Baş Nazirlər Kabinetinin katibi Minoru Kihara bunu Yaponiyanın Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.

"Hökumət Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün nəyin effektiv olduğunu, eləcə də Yaponiyanın milli maraqları baxımından nəyin zəruri olduğunu hərtərəfli qiymətləndirərək müvafiq şəkildə hərəkət edəcək.

Eyni zamanda, biz beynəlxalq ictimaiyyətlə, ilk növbədə G7 ilə sıx əməkdaşlıq etməyə davam edəcəyik", - deyə o bildirib.

Seçilən
50
ucnoqta.az

1Mənbələr