8 noyabr Zəfər bayrami münasibəti ilə Şəhid anası Dürnisə Əliyeva ziyarət olundu.
QHT.az xəbər verir ki, 8 noyabr Zəfər bayrami münasibəti ilə, “Dünya Azərbaycanlılaın Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə və Azərbaycan yazıçılar birliyinin üzvü .şairə Aygün Hüseyn. 1992-1994 cü illərdə Qarabagda, Füzuli rayonunu aşağı Seyid Əhmədli kəndi uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhid olmuş. Əliyev Valeh Xanlar oğlunun, 80 yaşlı anası Dürnisə Əliyevanı ziyarət etmişlər İlk öncə. Tofiq Əli-zadə Zəfər bayramı münasibəti ilə Dürnisə ananı təbrik edərək bildirdi ki, Dürnisə ana artıq bizim uzun illərlə gözlədiyimiz ərazi bütövlüyümüz Ali baş komandanımızolan Azərbaycan prezidenti Cənab İlham Əliyevin dəmir yumurugu və rəşadətli və qüdətli ordumuzun şucaəti nəticəsində düşmən üzərində əbədi Zəfər qələbəmiz qazanıldı:
"Artıq 5 ildirki işgalda olan bütün ərazilərimiz tam olaraq azaddır. Bu gün ərazi bütövlüyümüzün təmin olmasına və bütün torpaqlarımızın işgaldan azad olunmasına görə, igid şəhid oğullarımıza borcluyuq".
Daha sonra çıxış edən şairə Aygün Hüseyn bildirdi ki, Azərbaycan xalqı əbədi olaraq, şəhidlərimizi unutmayacaq və onların xatirələri bizlər üçün daima əziz olacaqdır. Var olsun Zəfər bayramımız!