AZ

Britaniya bu əraziyə dair kəşfiyyat məlumatlarını ABŞ-a verməyi dayandırıb

Böyük Britaniya Karib dənizi bölgəsində şübhəli dəniz narkotik qaçaqmalçılığı ilə bağlı kəşfiyyat məlumatlarını ABŞ-la paylaşmağı dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı CNN mənbələrə istinadən yayıb. Bildirilir ki, London ABŞ-ın Karib hövzəsində mülki gəmilərə hücumlarını qanuni saymır və bu prosesdə iştirak etmək istəmir.

Mənbələrin sözlərinə görə, kəşfiyyat məlumatlarının ötürülməsi bir aydan çox əvvəl dayandırılıb. Bildirilir ki, Karib dənizindəki bəzi ərazilərində kəşfiyyat aktivləri saxlayan Böyük Britaniya "illərdir ABŞ-a narkotik daşımaqda şübhəli bilinən gəmilərin müəyyən edilməsində və sonradan ələ keçirilməsində kömək edib".

ABŞ-ın kiçik gəmi və katerlərə 76 nəfərin ölümünə səbəb olan hücumlarından sonra Britaniya tərəfi ABŞ ordusunun hədəfləri seçmək üçün Britaniya kəşfiyyatından istifadə etmiş ola biləcəyi qənaətinə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
7
olaylar.az

8Mənbələr