AZ

Qərbi Azərbaycan Xronikası: Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa Türk tarixinin izi

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "120 il əvvəl ləğv edilib xarabalığa çevrilən kənd" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayraməli qışlağı, Baytar, Bakər və Bala Zağa toponimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistanda tarixi gerçəkliyi özündə əks etdirən qədim oğuz yurdlarının adının dəyişdirilməsi hayların daim əsas hədəfi olmaqla yanaşı, həm də gizli planı olub.

Bayraməli qışlağı - Kərpibasar mahalının Əştərək, sonralar Aştarak adlandırılan rayon ərazisində kənd olub. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunub. 1920-ci illərin sonunda kənd ləğv edilib.

Bayraməli qışlağı - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayon ərazisində, Ayaslı kəndinin yaxınlığında qışlaq adıdır.

Baytar - Ağbaba mahalının Amasiya rayonunda kənd olub. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1915-cı ildə qırğınlarla qovulublar. Ermənilər buraya 1918-ci ildə Qars vilayətinin Quleyban kəndindən köçürülüblər.1991-ci ildə adı dəyişdirilib Hovtun qoyulub.

Bakər - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayon ərazisində kənd olub və xarabalığa çevrilib.

Bala Zağa - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd olub. 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunub və kənd ləğv edilib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycan ərazisinə süni yerləşdirilən ermənilərin azərbaycanlılara məxsus toponimlərin yaddan çıxarılmasına yönəlmiş məqsədli plan və siyasəti təbii ki, çirkin düşüncənin nəticəsidir: "Lakin indiki Ermənistanda mövcud olmuş Azərbaycan toponimləri haqqında həqiqətlərin gizlədilməsi, tarixi adların üstündən xətt çəkilməsi ilə bağlı məlumatlar qaranlıqda qala bilməz. Çünki bu adları yadlaşdırmaqla xalqın yaddaşından silmək mümkün deyil".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
baku.ws

2Mənbələr